Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) nümayəndə heyəti Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub.
Apasport.az xəbər verir ki, səfər çərçivəsində ARMPK-nın baş katibi Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toshmatov və sədrin müşaviri Mardonbek Davronov ilə görüşüb.
Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, səfərin ilk günündə ARMPK-nın nümayəndə heyəti Daşkənd şəhərində yeni inşa edilmiş Olimpiya və Paralimpiya şəhərciyi ilə tanış olublar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib