Arsen Ağcabəyov rəsmən "Şəfa"da
10.06.2026 - 12:45
“Şəfa” daha bir transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisi müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.
25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.
O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib.
0
0