Arveladze "Neftçi"də ona rahat olan mövqeni açıqladı
12.03.2023 - 17:32
Arveladze "Neftçi"də ona rahat olan mövqeni açıqladı

"Komandamı təbrik edirəm. Oyun çox çətin keçdi. Səfər oyunları həmişə çətin alınır. Şamaxıda da həmçinin. Sünii örtüklü meydanda oynamaq çətindir. İkinci yarıda daha yaxşı oynayıb, qələbə qazandıq. Oyundan-oyuna, məşqdən-məşqə çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim".

Apasport.az-ın xəbərinə görə, bunu "Neftçi"nin futbolçusu Vato Arveladze deyib.

Gürcü futbolçu "Şamaxı"ya 1:0 qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında ona rahat olan mövqeni açıqlayıb:

"Hücumun həm solunda, həm sağında oynamağı bacarıram. Amma özümü hücumçu arxasında daha rahat hiss edirəm. Komandada oyun yaxşı getdikcə, çalışıram ki, özümü daha yaxşı tərəfdən göstərim. Baş məşqçi hansı mövqeyi tapşırsa, orada da özümü yaxşı tərəfdən göstərməyə çalışacağam".

Qeyd edək ki, Vato Arveladze "Şamaxı"ya qarşı fasilədən sonra meydana daxil olub. O, fransalı Kilan Lebonu əvəzləyib.

0