Asamoanın “Neftçi”yə transferi təxirə düşdü
21.08.2023 - 14:10
Asamoanın “Neftçi”yə transferi təxirə düşdü

Samuel Asamoanın “Neftçi”yə keçidində problem yaranıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Adrian Mutunun komandasında görmək istədiyi 29 yaşlı yarımmüdafiəçinin transferi təxirə düşüb.

Buna səbəb futbolçunun formasını geyindiyi “Universitetya Krayova 1948” ilə danışıqların müsbət nəticə verməməsidir. Belə ki, Rumıniya klubu müqaviləsi olan Samuel üçün böyük məbləğ tələb edib. Toqo millisinin üzvü üçün istənilən rəqəm “Neftçi”ni razı salmayıb.

Asamoa karyerası ərzində “Eupen”, “Löven”, “Sent-Trüden”də oynayıb. O, 2021-ci ildə Krayova klubuna keçib. 

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm Rumıniya yüksək liqasında 5 matçda forma geyinib.
 

0