Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
04.11.2024 - 10:33

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsində “Kayrat” (Qazaxıstan) və “Betis” (İspaniya) arasında baş tutacaq cavab görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, noyabrın 6-da Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
0
0