Asplikueta “İnter” yolunda
23.06.2023 - 23:54
Asplikueta “İnter” yolunda

Sezar Asplikueta yaxın günlərdə “Inter”lə müqavilə bağlayacaq.

Apasport.az saytı xəbər verir ki, ispaniyalı futbolçu İtaliya klubu ilə ilkin razılıq əldə edib.

“Çelsi”nin kapitanı komandanı tərk edəcək. Asplikueta Milan klubu ilə 2 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, müdafiəçinin “Çelsi” ilə 2024-cü ilədək müqaviləsi var idi.

0