Atletika yığmamız Krakov-2023-də çıxışını başa vurdu
22.06.2023 - 14:59
Atletika yığmamız Krakov-2023-də çıxışını başa vurdu

Atletika üzrə Azərbaycan yığması Krakov-2023 III Avropa Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, yarış çərçivəsində baş tutan komandalararası Avropa çempionatının III divizionunda çıxış edən millimizin son sınağı estafetdə olub.

4x400 m qarışıq estafetdə yığmamız B qrupunda qüvvəsini sınayıb. Finişə 3 dəqiqə 31,55 saniyəyə çatan təmsilçilərimiz qrupda 2-ci olub. Yığmamız yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, komandanın heyətində Cavid Məmmədov, Lamiyə Vəliyeva, Alim Abdiyev və İlahə Quliyeva yer alıb.
 

0