Atletlərimiz Belqrad səfərində
04.02.2024 - 11:22
Serbiyada atletika üzrə qış Balkan çempionatına start verilib.
Apasport.az xəbər verir ki,20 yaşadək idmançılar arasında təşkil olunan mübarizədə Azərbaycan milli komandası da iştirak edir.
Belqrada yığma komandanın məşqçisi Valentin Buliçevin rəhbərliyi altında İlahə Quliyeva (400 m, qaçış, Murad Babazadə (60 m, qaçış), Mehri Nadirova və Hüseyn Abbasovdan (hər ikisi uzunluğa tullanma) ibarət heyət yollanıb.
Qeyd edək ki, çempionatda 16 ölkədən 200-dən çox idmançının mübarizə apardığı bildirilir.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
1
0