Avarçəkənlərimiz “MİNGƏÇEVİR REQATASI-2023”də daha 12 medal qazandı
26.10.2023 - 21:03
Avarçəkənlərimiz “MİNGƏÇEVİR REQATASI-2023”də daha 12 medal qazandı

“Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günü də Azərbaycan komandası üçün uğurlu olub.

Apasport.az saytı xəbər verir ki, idmançılarımız yarışın ikinci gününü 12 medalla başa vurublar. 

2007-2008-ci il yaş kateqoriyasında 1 nəfərlik kanoe qayığında 500 metr məsafəyə yürüşdə Sənan Məmmədov ikinci, Cavid Vəlizadə isə 3 yer tutub. Sənan Məmmədov 200 metr məsafədə də gümüş medala sahib olub. 

1 nəfərlik kayak qayığında 500 metr məsafədə Amil Ramazanov bütün rəqiblərini qabaqlayıb. 

2 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşlərdə  Fuad Məmmədov-Fikrət Həsənov cütlüyü ikinci yer tutub. 

2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışlarda Qiyas Əhmədov-Riad İsmayılzadə dueti finişə hamıdan tez çatıb. Sübhan Həsənov-Rəşad Dadaşov 2-ci olub. Adı çəkilən cütlüklər 200 metr məsafədə də müvafiq olaraq 1-ci, 2-ci yerə layiq görülüb. Bu məsafədə Emil Zeynalovla Rüfət Həsənzadə isə 3-cü olub. 

2009-2010-cu il təvəllüdlü idmançılar arasında 2 nəfərlik akademik avarçəkmədə 1000 metr məsafədə Nurəddin Əliyev-Məhəmməd Abdullayev dueti bürünc medal qazanıb. 

Əlimurad Hacızadə isə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşlərdə 3-cü olub. 

Qeyd edək ki, 8 ölkədən 14 komandanın qatıldığı “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.

0