AVRO-2032 iki ölkədə
12.07.2023 - 01:47
AVRO-2032 iki ölkədə

2032-ci ildə futbol üzrə Avropa çempionatı iki ölkədə təşkil oluna bilər.

Apasport.az saytı xəbər verir ki, Türkiyə və İtaliya turnirə ev sahibliyinə namizəddir.

Bu ölkələr AVRO-2032-yə təşkil etmək barədə UEFA-ya müraciət ediblər. Qitənin ali futbol qurumu turnirin hər iki ölkədə baş tutması variantını nəzərdən keçirir. Əgər bu variant reallaşarsa oyunlar Türkiyə və İtaliyanın 6 şəhərində təşkil olunacaq. Açılış oyunu İstanbulda, final matçının isə Romada keçirilməsi gözlənilir.

Qeyd edək ki, son Çempionlar Liqasının finalında təşkilatçılıqdan narazı qalan UEFA Avropa çempionatının həlledici matçının İtaliyada baş tutmasına çalışır.

0