Avropa çempionatı: cüdoçumuzdan qızıl medal
05.11.2023 - 09:31
Fransada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışların ikinci günündə təmsilçimiz Hidayət Heydərov qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov bütün rəqiblərini məğlub edərək, 3-cü dəfə qitə çempionu olub. Hidayət final görüşündə ispaniyalı idmançı Salvador Kases Rokanı məlub edib.
Qeyd edək ki, hazırda Azərbaycan komandası ümumi hesabda 4-cü pillədə qərarlaşıb. Yığmamız İspaniya, Ukrayna, Gürcüstan kimi ölkələri arxada qoyub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0