Avropa çempionatına yollanacaq güləşçilərimiz müəyyənləşdi
09.02.2024 - 17:17
Avropa çempionatına yollanacaq güləşçilərimiz müəyyənləşdi

Güləş üzrə Azərbaycan millisinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilək Avropa çempionatı üçün heyəti dəqiqləşib.

Apasport.az xəbər verir ki, qitə birinciliyində iştirak edəcək milli komandaların heyəti açıqlanıb. 3 növ üzrə mübarizəyə 25 idmançımız qatılacaq.

Fevralın 12-dən 18-dək baş tutacaq yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz start verəcək. Heyətdə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alacaq.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Ayona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaq.

Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaqlar.

Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.

0