
Taekvondo üzrə Avropa çempionu Ceyhun Həsənlinin evi qarət olunub.
Apasport.az bakupost.az-a istinadən xəbər verir ki, zərərçəkənin atası Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mahir Həsənov əmlakın oğurlanması barədə Baş Prokuror Kamran Əliyevə şikayət edib.
Uzun illər rəsmi dövlət mətbuat orqanlarında çalışan veteran jurnalist oğlunun əmlakına qarşı törədilmiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsini istəyir. O bildirib ki, oğlu Ceyhun Həsənlinin yaşadığı Biləcəri qəsəbəsindəki fərdi yaşayış evində oğurluq hadisəsi qeydə alınıb: "Bizim 102 polis xidmətinə məlumat verməyimizdən dərhal sonra Biləcəri qəsəbəsi 6 saylı Polis Bölməsinin rəhbərliyi və əməkdaşları hadisə yerinə gəlib, lazımı əməliyyat işlərini həyata keçiriblər. Hadisədən 2 gün sonra Vaqif Hümbətov adlı şəxsi yaxaladıqlarını bildiriblər. Onun iştirakı ilə evimizdə oğurluğun hansı şəraitdə, necə həyata keçirilməsi sübut edilib. Dəfələrlə oğurluq hadisələrinə görə məhkum olunmuş Hümbətov qızıl-zinət əşyalarını və oğurlanan digər əşyaları haradan və necə götürdüyünü etiraf edib".
Jurnalist dəymiş ziyanı da açıqlayıb. O bildirib ki, oğlunun evindən 9 min manata yaxın qızıl-zinət və digər əşyalar oğurlanıb.
Qeyd edək ki, Həsənli Azərbaycanı beynəlxalq idman arenalarında ləyaqətlə təmsil edib. Uzun illər taekvondo üzrə Azərbaycan milli komandasının üzvü olan idmançı dəfələrlə ölkə çempionu, Avropa çempionu, çoxsaylı beynəlxalq yarışların mükafatçısıdır.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub