Avropanın ən yaxşıları: “Qarabağ” “Top-100”də
01.04.2023 - 15:47
Avropanın ən yaxşıları: “Qarabağ” “Top-100”də

Avropanın top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə üç komanda ilə təmsil olunub. Azərbaycan çempionu “Qarabağ” ən güclü 100 komanda sırasındadır.

Qurban Qurbanovun yetirmələri 216 xalla qitənin 82-cisidir. Ağdam klubu ötən siyahı ilə müqayisədə bir pillə geriləyib.

33 xalla 229-cu olan “Neftçi” iki pilləlik irəliləyişə nail olub. 16 addım irəliləyən “Qəbələ” 5 xalla 379-cudur.

Qeyd edək ki, siyahıya 2511 xala malik “Real” başçılıq edir.

0