Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Dünya çempionatının açılış mərasiminin və oyunlarının biletlərini iticket.az saytından və şəhərin kassalarından əldə etmək mümkündür.
Mundiala günlük biletlərin qiyməti 10-50 manat aralığındadır. Bilet əldə edən azarkeşlər Milli Gimnastika Arenasındakı çempionatın gün ərzində keçiriləcək bütün oyunlarını izləmək imkanı qazanacaq.
Mayın 21-də DÇ-2025-in rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə heyrətamiz lazer və mappinq şoular təşkil ediləcək. Xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki öz mahnı və çıxışları ilə qonaqları əyləndirəcəklər.
Qeyd edək ki, mayın 21-də təşkil olunacaq açılış mərasimi saat 21:00-da başlayacaq.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”