Ayxan Abbasov: “3 xal qazanmaq önəmli idi”
04.08.2023 - 23:03
Ayxan Abbasov: “3 xal qazanmaq önəmli idi”

“Çətin oyun oldu. Zamana ehtiyacımız var”.

Apasport.az saytı xəbər verir ki, bunu “Turan-Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının ilk turunda “Araz Naxçıvan” üzərindəki qələbəni şərh edib. Abbasov qarşılaşmanın əvvəlində çətinlik yaşadıqlarını etiraf edib: “İlk 20 dəqiqədə çətinliklə üzləşdik. Çünki rəqibin heyətində yeni futbolçular var və onları tanımırdıq. Tədricən öz oyunumuzu tapdıq və birinci qoldan sonra daha rahat çıxış etdik. İlk turda 3 xal qazanmaq önəmli idi”.

“Turan”ın baş məşqçisi heyətlə bağlı danışıb. Abbasov yeni oyunçuların komandaya uyğunlaşması üçün vaxta ehtiyac olduğunu qeyd edib: “Komandanın heyətində çoxlu dəyişiklər olub. Buna görə də, ilk turlarda çətinlik yarana bilər. Oyundan-oyuna daha yaxşı təsir bağışlayacaq. Yeni futbolçuların komadaya uyğunlaşmassı zaman alır. Heyətdə sağlam rəqabət var”.

Qeyd edək ki, “Turan-Tovuz” “Dalğa-Arena”da rəqibin qapısından üç cavabsız top keçirib.
 

0