Azarkeşlərdən “Neftçi”yə dəstək
26.08.2023 - 21:51
Azarkeşlərdən “Neftçi”yə dəstək

“Forza Neftçi” Azad Azarkeş Qrupu “Qəbələ” ilə oyundan əvvəl klubun düşərgəsinə baş çəkib. 

Apasport.az saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeş qrupu ilə komanda üzvləri görüş keçirilib. “Neftçi Arena” baş tutan məşqdən əvvəl azarkeşlər komandaya “Qəbələ” ilə oyunda uğurlar arzulayıblar.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı sabah saat 18:30-da start götürəcək. 
 

0