Azərbaycan – Belçika oyununun biletləri satışda
21.08.2023 - 12:17
Azərbaycan – Belçika oyununun biletləri satışda

Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da baş tutacaq matç “Dalğa Arena”da keçiriləcək.

Saat 17:00-da başlayacaq görüşün biletlərini satış qiymətləri 1-ci kateqoriya 10 AZN, 2-ci kateqoriya 5 AZN, VIP 50 AZN təşkil edir. Azarkeşlər biletləri ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt, 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayının kassası, həmçinin Sahil m. M.Rəsulzadə küçəsi və Bülbül prospektindəki köşklərdən əldə edə bilər.
 

0