Azərbaycan çempionatında 11 qol vuruldu
30.03.2023 - 15:55
Azərbaycan çempionatında 11 qol vuruldu

Azərbaycan futbolunda nadir təsadüf olunan hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, ölkə çempionatının birinci divizionunda 5 qol vuran komanda məğlub olub.

Bu, 11 qollu oyun qeydə alındığı “Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşmasında yaşanıb. Tovuz şəhər stadionundakı top yağışında qonaqlar 6:5 hesabı ilə qələbə qazanıb. Bu, futbolda gec-gec rast gəlinən hesabdır.

İlk 45 dəqiqə matçın belə axarına işarə olub. Fasiləyədək komandalar hərəyə üç dəfə fərqlənib.

İkinci hissədə 6 deyil, az qol vurulub – 5 top. Amma ümumi məhsuldarlıq 11-ə çatıb. Görüşdə 2 dubl və 2 avtoqol qeydə alınıb.

I divizion
XXII tur
“Turan Tovuz-2” – “Araz-Naxçivan” – 5:6

Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29  (avtoqol), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71 // Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (avtoqol), Fəhmin Muradbəyli, 72

0