Azərbaycan çempionatında VII tura yekun vuruldu
25.01.2024 - 09:34
Azərbaycan çempionatında VII tura yekun vuruldu

Minifutbol üzrə Azərbaycan çempionatında 7-ci tur başa çatıb. 

Apasport.az xəbər verir ki, turun son oyun günündə 4 oyun keçirilib.

“Dinamo Gəncə” – “Real Bakı”nı, “Qalaxy Bakı” – “İnter”i, “Siyəzən” – “Atəşgah Suraxanı”nı və “Aznur” – “Abşeron"u sınağa çəkib. 

Xatırladaq ki, öncəki oyun günündə “Birbaşa Bakı” “Dirçəliş”i 7:0, “Zirə” “Baku Fire”ni 7:0, “Odlar Yurdu” “Veteran”ı 3:0, “Sumqayıt” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan çempionatı

VII tur

“Dinamo Gəncə” – “Real Bakı” 4:6

“Qalaxy Bakı” – “İnter” 6:5

“Siyəzən” – “Atəşgah Suraxanı” 2:5

“Aznur” – “Abşeron” 2:4

0