Azərbaycan çempionatının başlama vaxtı açıqlandı
07.07.2023 - 12:31
Azərbaycan çempionatının başlama vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, PFL bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək. 

İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində keçiriləcək.

İcraiyyə Komitəsi tərəfindən verilən qərara uyğun olaraq, I Divizion və II Divizionda (yeni adları ilə 1-ci və 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün proseduralardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.

2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.

2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan Kuboku yarışlarında iştirakı nəzərdə tutulur.

0