Azərbaycan çempionatının oyunları təxirə salındı
19.02.2025 - 17:30
Azərbaycan çempionatının oyunları təxirə salındı

AFFA fevralın 22-23-də aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bütün zonalar üzrə planlaşdırılan U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları hava şəraiti ilə əlaqədar təxirə salınıb.