Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərdi
18.08.2023 - 10:34
Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərdi

Gələn həftə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla 14 futzalçını səfərə aparacaq. İştirak ərizəsinə bu futzalçıların adları daxil edilib.

Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç

Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freitas, 8. Felipinyo, 9. Lazer Milosavljeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau

Ölkə çempionu turnirdə üç matç keçirəcək:

“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)
23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
 
“Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”
24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00
Hakimlər: Drazen Vukçeviç, Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
 
Riqa (Latviya) - “Araz-Naxçıvan”
26 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 18:00

Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.

0