Azərbaycan çempionu Xorvatiya yığmasının qapıçısını transfer etdi
17.07.2023 - 14:17
Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə yeni futzalçı qatıb.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Ölkə çempionu baş məşqçi Vitali Borisovun istəyi ilə yeni qapıçı transfer olunub. Xorvatiya millisinin də üzvü olan Luka Pavloviç qarşıdakı bir il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün tər tökəcək. 25 yaşlı qolkiperin son klubu AFC Universitas Split klubu olub.
Qeyd edək ki, Naxçıvan təmsilçisi bu gün yeni mövsümün hazırlığına start verib.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir
0
0