Azərbaycan çempionundan yeni transfer
12.07.2023 - 15:27
Azərbaycan çempionundan yeni transfer

Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə yeni oyunçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi Ninoslav Aleksiç olub. Serbiyalı futzalçı ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serbiya millisində də forma geyinən 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.

0