Azərbaycan çempionunu braziliyalı hücumçu transfer etdi
28.07.2023 - 11:16
Azərbaycan çempionunu braziliyalı hücumçu transfer etdi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edəcək klub heyətinə hücumçu qatıb.

Transfer baş məşqçi Vitali Borisovun istəyi ilə gerçəkləşib. Onun istəyi ilə komandaya hücumçu dəvət olunub. 

Braziliyalı Erik Dannilo qarşıdakı mövsümdə Azərbaycan çempionunun uğur qazanması üçün çalışacaq. 23 yaşlı futzalçı İspaniyanın “Peniscola” klubunda çıxış edib.

0