Azərbaycan derbisi üçün bütün biletlər satılıb
08.11.2025 - 17:01
Misli Premyer Liqasının XI turunda, noyabrın 9-u, baş tutacaq “Qarabağ” – “Neftçi” oyunu üçün bütün biletlər artıq satılıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Azersun Arena”nın 6 000 nəfərlik tribunaları tam dolu olacaq.
Qeyd edək ki, matç saat 18:44-də start götürəcək.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
0
0