Azərbaycan bədii gimnastları martın 30-31-də Fransanın Tiye şəhərində keçiriləcək 35-ci beynəlxalq Qran-pri turnirində iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, qurumun idman direktoru Natalya Bulanova, bədii gimnastika millisinin baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında qrup hərəkətləri üzrə komandanın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, eləcə də fərdi gimnast İlona Zeynalova sözügedən yarışa qatılacaqlar.
Milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”