Azərbaycan güləş məktəbinin yetirməsi olan dünya çempionu vəfat edib
05.05.2025 - 16:16
Azərbaycan güləş məktəbinin yetirməsi olan dünya çempionu vəfat edib

Azərbaycan güləşinə itki üz verib.

Apasport.az xəbər verir ki, yunan-Roma güləşi məktəbinin yetirməsi, 1956-cı ildə Göygöl rayonunda anadan olmuş Viktor Avdışev vəfat edib.

O, 69 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Viktor Avdışev Gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının 2 qat (1978, 1983) və Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978), SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.