Azərbaycan - Haiti matçının vaxtı açıqlanıb
06.03.2025 - 17:13
Azərbaycan - Haiti matçının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyuna saat 21:45-də start veriləcək.

Qeyd edək ki, yığma martın 25-də, saat 21:45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.