Azərbaycan - İslandiya oyununun hakimləri müəyyənləşib
11.11.2025 - 14:10
Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi monteneqrolu olacaq.
Əsas referi Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
0
0