Azərbaycan kubokunda finalın adı bəlli olur: "Sabah", yoxsa "Neftçi"?
23.04.2025 - 08:34

Bu gün Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, "Sabah" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Görüş 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1.
Azərbaycan kuboku,
Yarımfinal
23 aprel
20:00. "Sabah" - "Neftçi"
0
0