Azərbaycan kubokunun qalibi - "Qəbələ"
03.06.2023 - 22:38
Azərbaycan kubokunun qalibi - "Qəbələ"

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, “Qəbələ“ finalda “Neftçi”ni məğlub edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Nəticədə qalib əlavə vaxtda bəlli olub. Kubokun qalibini penaltidən vurulan qol müyyənləşdirib. 102-ci dəqiqədə Kverkveliyanın əllə oyununa görə hakim “ağ nöqtə“ni göstərib. İsnik Alimi dəqiq olaraq, hesabı açıb. Qalan dəqiqələrdə tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib.

Qeyd edək ki, “Qəbələ” tarixində ikinci dəfə Azərbaycan kubokunun qalibi olub.

Azərbaycan kuboku
Final
3 iyun
20:00. “Neftçi” – “Qəbələ” - 0:0, ə.v. 0:1
Qol: 
İsnik Alimi, 102
Baş hakim: İnqilab Məmmədov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Bakcell Arena”

0