Azərbaycan millisi böyük hesabla uduzdu
27.10.2025 - 17:17
Azərbaycan millisi böyük hesabla uduzdu

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

Oyun Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.