Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisi daha iki medal qazanıb.
Apasport.az xəbər verir ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
O, finalda braziliyalı Joau Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu titulunu əldə edib.
M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kq) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.
Hazırda hesabında 1 qızıl və 4 bürünc medal olan yığma 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb