Azərbaycan millisi Türkiyədə birgə təlim-məşq toplanışı keçirib - VİDEO
08.05.2024 - 13:24
2024-cü ildə amputasiyalı futbolçular arasında keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycanın amputasiya olunmuş şəxslərdən ibarət milli komandası Ankaradakı Qazi Uyğunlaşma Mərkəzində olub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" hesabında məlumat paylaşıb.
Bildirilib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin amputasiyalı futbolçulardan ibarət komandası birgə təlim-məşq toplanışı keçirib.
Qeyd edək ki, tərəflər arasında yoldaşlıq oyunu da baş tutub.
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq
- “Apasport”un əməkdaşları futbol turnirinin qalibi oldular
0
0