Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub
09.02.2024 - 14:24
Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Apasport.az xəbər verir ki, millimiz sentyabrın 5-də evdə ilk matçına çıxacaq. Qonaq komanda İsveç olacaq. 

Sentyabrın 8-də isə yığmamız Slovakiyanın qonağı olacaq.

Komanda oktyabrın 11-də səfərdə Estoniya, 3 gün sonra isə evdə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

Millimiz son iki matçı noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.

0