Azərbaycan millisinin Ukrayna ilə oyununa hakim təyinatları açıqlanıb
23.03.2024 - 15:59
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Matçın baş hakimi Dario Bel olacaq. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir.
"Qarabağ Arena"da baş tutacaq matç martın 26-da, 16:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
0
0