Azərbaycan – Niderland matçının başlama saatı dəyişdirildi
12.09.2023 - 10:17
Azərbaycan – Niderland matçının başlama saatı dəyişdirildi

DÇ-2024-ün elit-raundu çərçivəsində Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib. 

Apasport.az saytının məlumatına görə, canlı yayımla əlaqədar matçın start fiti əvvəldən nəzərdə tutulduğu kimi, saat 20:00-da deyil, 18:30-da veriləcək. 

Bakı İdman Sarayında baş tutacaq görüş CBC Sport-la canlı yayımlanacaq.

Qeyd edək ki, görüş sentyabrın 20-də keçiriləcək. 

0