
Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, bu gün nazirliyin inzibati binasında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edib. O, təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.
Anar Quliyev çıxış edərək, göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB