Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Fransanın Müluz şəhərində keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasına düşüb.
Apasport.az xəbər verir ki, 20 yaşlı parabadmintonçu qoşa yarışda (SU-5 kateqoriyası) polşalı tərəfdaşı Bartlomey Mroz ilə birlikdə bürünc medal qazanıb.
Bu cüt qrup mərhələsində braziliyalı rəqibləri Ramos Santos və Yeili Rodriges üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən Jen-Yu Fang və Qui Yu Pu cütlüyünə isə məğlub olub.
Bu nəticə ilə yarımfinala yüksələn İbrahim Əliyev və Bartlomey Mroz Malayziya təmsilçiləri Mohamed Azri və Çeah Lyek Hou ilə qarşılaşmada məğlub olaraq turniri bürünc medalla başa vurublar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib