Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırıldı
16.06.2023 - 13:25
Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırıldı

Misli Premyer Liqasında komanda sayı artırılıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlama verib.

Onun sözlərinə görə, növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran “Şamaxı” I diviziona düşməyəcək.

Həmçinin, aşağı dəstənin çempionu “Araz Naxçıvan”la yanaşı, “Zaqatala” da Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə “Qarabağ” çempion olub.
 

0