Azərbaycan Premyer Liqasında püşkatmanın vaxtı dəqiqləşdi
11.07.2023 - 14:38
Azərbaycan Premyer Liqasında püşkatmanın vaxtı dəqiqləşdi

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

Mərasim iyulun 18-də keçiriləcək. Püşkatma AFFA-nın inzibati binasında baş tutacaq və saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək. Yarışda 10 komanda 4 dövrədə mübarizə aparacaq.

0