“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, mövsümün 8-ci mərhələsinin qalibləri mükafatlandırılıb.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq ölkələrinin dövlət himnləri səsləndirilib.
Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.
Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Ferstappen (“Red Bull”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. İkinci olan onun komanda yoldaşı Serxio Peres və finişə üçüncü çatan Corc Rassell (“Mercedes”) də kubokla mükafatlandırılıb.
- "Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək
- "İnter" və "Arsenal" eyni futbolçunu istəyir
- Misli Premyer Liqasında debüt rekordu: 101 yeni futbolçu
- Premyer Liqada penalti statistikası: 16 turda 36 penalti
- Tahir Gözəl: “İnanıram ki, daha böyük nailiyyətlər əldə edəcəyik”