Azərbaycan Badminton Federasiyası (ABF) Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Ruanda Badminton Federasiyasını (RFB) raketka, volan və digər zəruri idman ləvazimatları ilə təmin edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.
Bildirilir ki, layihənin məqsədi sosial məsuliyyət çərçivəsində Afrika ölkələrində badmintonun inkişafına töhfə vermək və bu idman növünün kütləviliyini artırmaqdır.
RBF ABF-yə ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Məktubda qeyd olunub ki, təqdim olunan yardım ölkədə badminton üzrə ilk çempionatın uğurla təşkil edilməsində mühüm rol oynayıb. Bundan əlavə, RBF ABF ilə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətində olduğunu bildirib. Məqsəd Azərbaycanın badminton sahəsindəki təcrübəsindən faydalanmaq, Ruandada bu idman növünü daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq səviyyədə rəqabət apara biləcək idmançılar yetişdirməkdir.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO