Azərbaycan təmsilçisi Qahirədə qızıl medal qazandı
29.07.2026 - 12:04
Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirdə keçirilən Çellencer turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı yarış ərzində Portuqaliya təmsilçisi Monika Kosta və Yeni Zelandiyadan olan Xloe Sturt üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Misirin paytaxtı Qahirədə təşkil olunan turnirdə qazanılan nəticələr Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xallarının hesablanmasına təsir göstərir.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0