Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
07.10.2026 - 12:03
Parakamandan oxatma üzrə Azərbaycan millisi Rusiya yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir.
Apasport.az xəbər verir ki, hazırlıq prosesi oktyabrın 1-dən 10-dək Bakı Atıcılıq Mərkəzində keçirilir.
Azərbaycan millisinin heyətində Nurlan Babacanov, Şahin Cabbarov və Əli Nəbiyev yer alıblar. Komandaya baş məşqçi İlqar Abbasov rəhbərlik edir.
Toplanış çərçivəsində Azərbaycan və Rusiya yığmaları birgə məşqlər keçirir, həmçinin təcrübə mübadiləsi aparırlar.
Qeyd edək ki, hazırlıq prosesi oktyabrın 10-da başa çatacaq.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0