![Azərbaycanda yeni klub yaradıldı](https://apasport.az/storage/news/2025/february/12/big/67acd4cf31d4f67acd4cf31d50173937991967acd4cf31d4567acd4cf31d4e.jpeg)
Azərbaycanda yeni reqbi klubu yaradılıb.
Apasport.az xəbər verir ki, Avropa Azərbaycan Məktəbinin nəzdində "EAS Simurgh" peşəkar reqbi klubu təsis olunub.
Bu komanda təkcə Məktəb Liqasında deyil, həm də Azərbaycan birinciliklərində və Azərbaycan kubokunda iştirak edəcək. "EAS Simurgh" ölkəmizdə fəaliyyət göstərən 4-cü reqbi klubu olub. Bu komanda "Qarabağ", "Şamaxı OM" və "TİSA Titans"a qoşulub.
Yaxın müddətdə Bakı və bölgələrdə yeni klubların yaradılması planlaşdırılır. 2025/26 mövsümündən etibarən Azərbaycan birinciliyi və kuboku keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Reqbi Federasiyasının hazırlanmaqda olan inkişaf strategiyasına uyğun olaraq keçirilməsi nəzərdə tutulan Məktəb Liqasında 7 komanda mübarizə aparacaq.