Azərbaycanın cüdo nümayəndə heyəti beynəlxalq seminara qatılacaq
19.01.2024 - 11:11
Azərbaycanın cüdo nümayəndə heyəti beynəlxalq seminara qatılacaq

Azərbaycan cüdo ailəsinin üzvləri Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən təşkil olunacaq hakimlər və məşqçilər üçün keçiriləcək seminarda iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Yanvarın 20-21-də Macarıstanda keçirilməsi planlaşdırılan bu tədbir hakimlərin və məşqçilərin bacarıqların təkmilləşdirilməsi, qaydalarda olan yeniliklərinin müzakirəsi, əvvəlki illərdə baş vermiş mübahisəli halların təhlil olunması və bundan əlavə, seminar cüdo ictimaiyyəti arasında vahid yanaşmanın formalaşdırılması üçün platforma rolunu oynayacaq.

Seminarda Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Akif Tahirov, veteran idmançı Rüstəm Orucov iştirak edəcəklər.

0