Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
07.05.2026 - 11:25
Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.
Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.
Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0